Baş həkimin oğlu AST Telmanın otelində öldü

Baş həkimin oğlu AST Telmanın otelində öldü

7 Avqust 2013 18:44
Bəyəndim (0) Bəyənmədim (0)
Stella Abbasovanın ailəsinə ağır itki üz verib

Uzun illər Bakıda 1 saylı doğum evinin baş həkimi işləmiş, hazırda təqaüddə olan Stella Abbasovanın ailəsinə ağır itki üz verib

Press24.az-ın əldə etdiyi məlumata görə, Stella xanımın oğlu Samir Əliyev 49 yaşında ürək çatışmazlığından vəfat edib. O, bir neçə gün öncə Türkiyəyə istirahətə yollandığı Azərbaycan əsilli iş adamı Telman İsmayılova məxsus "Mardan Palace" hotelində dünyasını dəyişib. Belə ki, dünən səhər saatlarında onun qaldığı nömrəyə daxil olan hotelin işçisi mərhumun öldüyünü aşkarlayıb. Məlum olub ki, Samir Əliyev ondan bir gün əvvəl, gecə keçinib.

O.M.