Rəisin 3 yaşlı oğlu hovuzda boğuldu

Rəisin 3 yaşlı oğlu hovuzda boğuldu

7 Avqust 2013 12:41
Bəyəndim (0) Bəyənmədim (0)
Uşaq nəzarətdən çıxıb

Bakı şəhərinin Sabunçu rayonunda faciəvi hadisə baş verib. Lent.az-ın məlumatına görə, Səbail rayon Bələdiyyəsinin sədr əvəzi və rayon Su-Kanal Departamentinin rəisi Rauf Abbaslının 3 yaşlı oğlu Maştağa qəsəbəsindəki bağ evinin həyətindəki hovuza düşüb. Azyaşlı boğularaq ölüb. Məlumata görə, hadisə dünən baş verib. Uşaq nənəsinin nəzarətindən çıxıb və həyətdəki su hovuzuna yıxılıb. Faktla əlaqədar araşdırmalar aparılır.

O.M.