Universitetə qəbul olmadığı üçün özünü öldürdü

Universitetə qəbul olmadığı üçün özünü öldürdü

7 Avqust 2013 12:19
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda ali məktəblərə qəbul imtahanında uğursuz nəticə göstərən 17 yaşlı oğlan özünü binadan ataraq intihar edib.

Yasamal Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Yeni Yasamal 2, ev 20, mənzil 239-da yaşayan 1996-cı il təvəllüdlü Rasim Asim oğlu İsazadə ötən gün saat 00.55 radələrində özünü 7-ci mərtəbədən atıb.Polisdən, həmçinin bildiriblər ki, R. İsazadənin intihar etməsinə səbəb qəbul imtahanında uğursuz nəticə göstərməsi olub.

O.M.