İntihar etmək üçün əvvəlcə özünü bıçaqladı, sonra 9-cu mərtəbədən yerə buraxdı

İntihar etmək üçün əvvəlcə özünü bıçaqladı, sonra 9-cu mərtəbədən yerə buraxdı

7 Avqust 2013 11:29
Bəyəndim (0) Bəyənmədim (0)
Bakıda qəribə intihar hadisəsi baş verib

Bakı şəhərinin Suraxanı rayonu ərazisində dəhşətli intihar hadisəsi baş verib.Oxumeni.az xəbər verir ki, Rayon Polis İdarəsindən verilən məlumata görə, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsi ev 1, mənzil 253 ünvanında yaşayan Nəbiyev Xəyal Bəybala oğlu özünü yaşadığı 9 mərtəbəli binadan atıb. X.Nəbiyev hadisə yerindəcə keçinib.İlkin araşdırmalardan sonra məlum olub ki, intihar etmiş şəxs daha əvvəl özünü bıçaqlayıb və ölmədiyini görüncə özünü 9 mərtəbəli binadan atmaq qərarına gəlib.Faktla əlaqədar Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.

O.M.