Lənkəranda avtomobil ağaca çırpılıb, bir nəfər ölüb, bir nəfər yaralanıb

Lənkəranda avtomobil ağaca çırpılıb, bir nəfər ölüb, bir nəfər yaralanıb

7 Avqust 2013 10:03
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın Lənkəran rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. Lənkəran Şəhər Polis Şöbəsinin (ŞPŞ) növbətçi hissəsindən Apa-nın cənub bürosuna verilən məlumata görə, hadisə avqustun 6-da saat 22.00 radələrində rayonun Osakücə kəndi ərazisində qeydə alınıb. Masallı rayonunun Mollaoba kənd sakini, 1986-cı il təvəllüdlü Elxan Rahim oğlu Babayevin idarə etdiyi "Mercedes Benz" markalı, 90 XG 978 dövlət nömrə nişanlı avtomobil hərəkətdə olarkən qəfildən idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb. Güclü zərbənin təsirindən avtomobildəki sərnişin, Mollaoba kənd sakini, 1990-cı il təvəllüdlü Seymur Canəli oğlu Nurullayev aldığı çoxsaylı bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib. Sürücü Elxan Babayev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.İlkin versiya kimi hadisənin avtomobilin sürət həddini aşması nəticəsində baş verdiyi bildirilir.Faktla bağlı Lənkəran ŞPŞ-də araşdırma aparılır.

O.M.