Gecə Ağstafa və Qazax müdafiəyə qalxıb

Gecə Ağstafa və Qazax müdafiəyə qalxıb

7 Avqust 2013 09:58
Bəyəndim (0) Bəyənmədim (0)

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Paravakar və Berkaber kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq və Qazax rayonunun Qızılhacılı kəndlərində yerləşən mövqelərimizi atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, eyni zamanda Noyemberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimiz atəşə məruz qalıb.Ağdam rayonunun Şıxlar, Yusifcanlı, Tərtər rayonunun Çaylı, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.Düşmən cavab atəşi ilə susdurulub.

O.M.