Suyunuz kəsiləcək!

Suyunuz kəsiləcək!

11 May 2011 14:11
Bəyəndim (0) Bəyənmədim (0)
"Azərsu" xəbərdarlıq etdi


"Azərsu" ASC abunəçilərdən fevralın 1-dən sonra su və kanalizasiya xidmətlərinə görə yaranmış borclarını ödəməyi xahiş edir.

"Azərsu" ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda bildirilir ki, əks halda debitor borcu olan istehlakçıların su təchizatı qanunvericiliyə uyğun olaraq qeyd-şərtsiz dayandırılacaq.

Su təchizatı dayandırılmış fiziki və hüquqi şəxslərin şəbəkəyə təkrar qoşulmaları borclar tam ödənildikdən sonra mümkün olacaq. Abunəçilər borclarını bütün poçt şöbələrində və bank filiallarında ödəyə bilərlər.


Günel Həbib


O.M.