11 may - respublikanın fövqəladə vəziyyəti

11 may - respublikanın fövqəladə vəziyyəti

11 May 2011 14:03
Bəyəndim (0) Bəyənmədim (0)


Lerik rayonu, Piran kəndində Lənkəran-Lerik avtomobil yolunun 22-ci kilometrliyində "VAZ" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq dərəyə düşmüşdür. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğramış, hadisə zamanı avtomobildə olan 2 nəfər yaralanmışdır. Xilasedicilər yaralılara hadisə yerində ilkin tibbi yardım göstərmiş və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 11:45-də başa çatmışdır;

Bakı şəhəri, Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 17:12-də başa çatmışdır;

Bakı şəhəri, Yasamal rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə cəlb edilmiş xilasedicilər doqquzmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsindən enərək 8-ci mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzildə nəzarətsiz vəziyyətdə aşkarlanmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 18:42-də başa çatmışdır;

Bakı şəhəri, Xətai rayonunda ümumi sahəsi 5 kv.m olan köşkün yanar konstruksiyaları və quru ot 25 kv.m sahədə yanmışdır. Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Suraxanı rayonunda baş vermiş yol-nəqliyyat qəzası nəticəsində "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi yanmış, sürücü və 2 sərnişin yaralanmışdır. Yaralılar xəstəxanaya aparılmışdır. Yanğınsöndürənlər çatana kimi yanğın vətəndaşlar tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 15 kv.m olan köməkçi tikilidə yataq dəsti yanmışdır. Yanğın saat 00:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Yanğın yerinin kəşfiyyatı zamanı insan cəsədi aşkarlanmışdır. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır;

Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 150 kv.m olan birmərtəbəli 3 otaqlı fərdi evin yanar konstruksiyaları 90 kv.m sahədə yanmışdır. Yanğın saat 02:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.






Günel Həbib



O.M.