Azərbaycanda yeni universitetə qəbul var

Azərbaycanda yeni universitetə qəbul var

6 Avqust 2013 12:16
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Prezidentinin Sərəncamına müvafiq olaraq yaradılmış İnformasiya Texnologiyaları Universiteti 2013/2014-cü tədris ilindən başlayaraq ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu planına salınıb.

Oxumeni.az TQDK-nın saytıına istinadən xəbər verir ki, universitetdə tədris ingilis dilindədir. Bunun üçün tələbələrə birinci il l ingilis dili hazırlığı tədris olunacaq, sonrakı 4 ildə isə seçilmiş ixtisaslar üzrə təhsil ingilis dilində aparılacaq.Qeyd edək ki, İnformasiya Texnologiyaları Universitetinə daxil olan tələbələrin qeydiyyatı və ingilis dili hazırlığının tədrisi Azərbaycan Diplomatik Akademiyasında aparılacaq

O.M.