Azərbaycanda hərbçi qəza törətdi - 1 ölü, 3 yaralı

Azərbaycanda hərbçi qəza törətdi - 1 ölü, 3 yaralı

6 Avqust 2013 12:15
498
Bəyəndim (0) Bəyənmədim (0)

Hacıqabul rayonunda avtomobil qəzası baş verib. Qəza nəticəsində bir nəfər ölüb, üç nəfər isə ağır yaralanıb.

Dəhşətli qəza Bakı-Qazax yolunun 153-cü kilometrliyində, Hacıqabul rayonunun Padar kəndi ərazisində qeydə alınıb. Tərtər sakini,1982-ci il təvəllüdlü hərbçi Həsənzadə Əli İmran oğlu idarə etdiyi "Toyota Corolla" markalı avtomobili ilə hərəkətdə olarkən qarşı tərəfdən gələn Göyçay sakini,1964-cü il təvəllüdlü Aşurov İnqilab İltifat oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobillə, daha sonra isə Mingəçevir sakini, 1968-ci il təvəllüdlü Məhəmməd Abasovun idarə etdiyi "Nissan" markalı avtomobillə toqquşub. Nəticədə qəzaya səbəb olan hərbçi Əli Həsənzadənin avtomobili iki hissəyə bölünüb və zərbənin təsirindən avtomobilin bir hissəsi 30 metr kənara dərəyə yuvarlanıb.

Qəza nəticəsində "Mercedes"in sürücüsü Aşurov İnqilab alının əzilmiş yarası, qabırğa sınığı, avtomobildə olan sərnişin, Mingəçevir sakini, 1979-cu il təvəllüdlü Səmədov Elnur Eldəniz oğlu kəllə-beyin travması ilə Kürdəmir Rayon Xəstəxanasının reanimasiya və travmatologiya şöbəsinə yerləşdirliblər. "Mercedes"də olan digər sərnişin, Göyçay sakini, 1961-ci il təvəllüdlü Mustafayev Füzuli Şərafətdin oğlu isə hadisə yerindəcə dünyasını dəyişib. "Toyota Corolla" markalı avtomobilin sürücüsü Həsənzadə Əli İmran oğlu isə Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı BDYP-nin istintaq idarəsində cinayət işi açılıb, araşdırma aparılır./Milli.Az/

O.M.