Azərbaycanlı 5 aylıq körpə İran xəstəxanasında girov saxlanılır

Azərbaycanlı 5 aylıq körpə İran xəstəxanasında girov saxlanılır

6 Avqust 2013 12:10
633
Bəyəndim (0) Bəyənmədim (0)

İran klinikalarından biri 5 aylıq azərbaycan vətəndaşını girov saxlayır.Oxumeni.az ANS-ə istinadən xəbər verir ki, xəstəxananın müalicə-profilaktika şöbəsində ürəyindən əməliyyat olunan azərbaycanlı körpə Məlikov Emil Firdovsi oğlu girov kimi saxlanılaraq, valideynlərinə verilmir. Bu, Təbriz şəhərindəki Şəhid Mədəni xəstəxanasıdır.Xəstəxana rəsmiləri valideynlərdən əvvəlcədən razılaşdırılmamış məbləğdə ödəniş tələb edir. Bu barədə dak.org saytı ailənin yaxınlarına istinadən məlumat yayıb. Bildirilir ki, xəstəxananın əməliyyatla bağlı danışılmış Pərviz adlı həkimi valideynlərlə telefon əlaqəsi zamanı bütün xərclər üçün 4000 dollar lazım olacağını deyib. Valideynlər də bu pulu düzəldərək körpələrini Təbrizə, xəstəxanaya aparıblar. Lakin əməliyyat zamanı Pərviz həkim valideynlərə bildirib ki, 4000 dollardan əlavə 3000 dollar da həkimlərə verməlidirlər. Valideynlər naəlac qalıb, 3000 dollar da toplayaraq Pərviz həkimə veriblər. Bundan sonra körpələrini xəstəxanadan çıxarmaq barədə düşünən valideynlər dəhşətli "sürprizlə" qarşılaşıblar. Avqustun 5-də uşağı xəstəxanadan çıxarmaq istəyən valideynlərə deyilib ki, 5500 dollar da ödəməlidirlər. Əks halda xəstəxana uşağı təhvil verməyəcək. Valideynlər əvvəlcədən razılaşdırıldığından da artıq ödəniş etdiklərini, o vəsaiti də qohum-əqrəbadan borc aldıqlarını, tələb olunan əlavə 5500 dolları heç bir halda ödəyə bilməyəcəklərini dedikdə isə onlara qapını göstəriblər. "Axı biz əvvəl belə danışmamışdıq, pulun məbləğini də özünüz demişdiniz" deyə xəstəxana rəsmilərinə etirazlarını bildirən valideynlərə "İndi də belə deyirik, pulu getirin, uşağınızı aparın" cavabı verilib və onlardan dərhal xəstəxananı tərk etmək tələb olunub. Valdeynlər məcburiyyət qarşısında qalaraq, Azərbaycanın Təbrizdəki baş konsulluğuna müraciət ediblər. Lakin konsulluq da valideynlərə kömək etməyib. Orada valideynlərə bildiriblər ki, həmən xəstəxana İranın dövlət xəstəxanasıdır, nə tələb olunursa, onu da etsinlər, Azərbaycan tərəfi bu işə qarışa bilməz.Hazırda xəstəxanada girov saxlanan 5 aylıq Emilin və onun xəstəxananın hasarından kənarda qalan valideynlərinin taleyi barədə heç bir məlumat yoxdur.Saytın məlumatına görə, faktla əlaqədar xəstəxana ilə əlaqə cəhdləri nəticə verməyib.

O.M.