Deputat: "Dərslər sentyabrın 1-dən başlasın"

Deputat: "Dərslər sentyabrın 1-dən başlasın"

6 Avqust 2013 09:40
Bəyəndim (0) Bəyənmədim (0)
“Mayın son 15 günü orta məktəblərdə faktiki olaraq dərslər keçirilmir”

Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa yeni təşəbbüslə çıxış edib.Oxumeni.az xəbər verir ki, "1 sentyabrdan hamı məktəbə!" başlığı ilə açıqlanan təşəbbüsdə millət vəkili bildirib ki, Azərbaycanda təhsilin vəziyyəti hər bir vətəndaşı düşündürməlidir və buna yalnız bir nazirliyin işi kimi baxmaq doğru sayılmaz: "Çünki həm şagird, həm tələbə, həm müəllim, həm də valideyn olaraq hamımız bu proseslə bağlı olduğumuza görə, bu sektorda baş verən pozitiv və neqativ dəyişikliklər hamımızı düşündürməli, işin faydasına olan hər bir təklifimizi səsləndirməkdən çəkinməməliyik. Düşünürəm ki, bu sahədə atılacaq ən vacib addımlardan biri və bəlkə də birincisi cəsarətli qərar qəbul edib bütün məktəbəqədər təhsil müəssisələrində, orta və orta ixtisas məktəblərində, ali məktəblərdə dərslərə sentyabr ayının 1-də başlamaqdır.

Təhsil proqramını mənimsəmə vaxtının qısa olması da təhsilin keyfiyyətinə ciddi təsir göstərən amillərdəndir. Bunu bir vaxtlar havaların istiliyi ilə əlaqələndirirdilər, halbuki istilik bəhanədirsə, o zaman bütün qəbul imtahanlarının yay aylarında keçirilməsi qadağan olunmalı, yalnız yazda və ya payızda keçirilməsi nəzərdə tutulmalıdır".

F.Mustafa hesab edir ki, əvvəldən 15 gün itirilməsi proqram tərtibində də xeyli çətinliklər yaradır. O qeyd edib ki, bu il prezident seçkilərində seçki məntəqələrinin əksəriyyətinin təhsil müəssisələrində yerləşdirilməsi, dairə və məntəqə seçki komissiyaları üzvlərinin əhəmiyyətli hissəsinin müəllimlər olması dərs keyfiyyətinə də təsirsiz ötüşməyəcək:

"Bir reallıq da var ki, may ayının son 15 günü orta məktəblərdə faktiki olaraq dərslər intensiv keçirilmir. Məncə, bu məsələnin təxirə salınmadan həlli ümumi işimizin faydasına olardı".

O.M.