Paytaxtda gecə kafe yandı

Paytaxtda gecə kafe yandı

6 Avqust 2013 09:37
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda ötən gecə kafe yanıb. Oxumeni.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, paytaxtın Nizami rayonunda ümumi sahəsi 105 kv.m olan 1 mərtəbəli kafedə yanğın baş verib. Nəticədə kafenin 1 otağın yanar konstruksiyaları və əşyaları 30 kv.m sahədə yanıb. Yüksək temperaturdan kafenin lambirdən ibarət tavanı 50 kv.m sahədə əriyib.Kafenin qalan hissəsi yanğından mühafizə olunub (1 ədəd propan balonu çıxarılmışdır).Yanğın saat 03:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

O.M.