Xaçmazda qəza: 6 nəfər xəsarət alıb

Xaçmazda qəza: 6 nəfər xəsarət alıb

6 Avqust 2013 09:34
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gün axşam saatlarında Xaçmaz rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. Apa-nın şimal bürosunun verdiyi məlumata görə, qəza rayonun Müqtədir qəsəbəsi ərazisində qeydə alınıb. Xudat şəhər sakini 1986-cı il təvəllüdlü Şeydayev Şahin Faiq oğlunun idarə etdiyi 90 XJ 377 dövlət nömrə nişanlı "Vaz 2107" avtomaşın Nabrandan Xaçmaz istiqamətində hərəkətdə olarakən eyni istiqamətdə hərəkətdə olan at arabasına çırpılıb. Daha sonra yolun əks istiqamətində hərəkətdə olan Xaçmaz rayonu, Xudat şəhər sakini 1972-ci il təvəllüdlü Abdullazadə Xosrov Abdulla oğlunun idarə etdiyi 27 BX 744 dövlət nömrə nişanlı "Vaz 21 07" markalı avtomaşınla toqquşub.

Qəza nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan şəxslər - 1986-cı il təvəllüdlü Muradov Murad Ramiz oğlu, 1972-ci il təvəllüdlü Abdullazadə Xosrov Abdulla oğlu, 1987-ci il təvəllüdlü Sadıqov Emil Ələddin oğlu, 1977-ci il təvəllüdlü Həsənov Süleyman, 1986-cı il təvəllüdlü Şeydayev Şahin Faiq oğlu, 1972-ci il təvəllüdlü Ağasiyev Qeybulla Xudat şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, xəsarət alan şəxslər ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırma aparılır.

O.M.