Azərbaycan ərazisində yağmursuz hava proqnozlaşdırılır

Azərbaycan ərazisində yağmursuz hava proqnozlaşdırılır

5 Avqust 2013 12:56
Bəyəndim (0) Bəyənmədim (0)

Avqustun 6-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gündüz havanın qısa müddətə tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata, cənub-qərb küləyi əsəcək. Temperatur gecə 18-23, gündüz 28-33 dərəcə isti olacaq.Azərbaycanın rayonlarında da avqustun 6-da əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin günün birinci yarısında Böyük Qafqazın bəzi şimal və şərq rayonlarında qısa müddətli az yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 18-23, gündüz 31-36, dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti təşkil edəcək.Yaxın 2 gün ərzində Abşeron yarımadasında iqlim normasına yaxın temperatur şəraiti əksər meteohəssas insanlar üçün əsasən əlverişlidir.

O.M.