Prezident seçkiləri ilə əlaqədar MSK-nın nəzdində İşçi Qrup yaradılıb

Prezident seçkiləri ilə əlaqədar MSK-nın nəzdində İşçi Qrup yaradılıb

5 Avqust 2013 11:42
542
Bəyəndim (0) Bəyənmədim (0)

Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində Prezident seçkiləri ilə bağlı İşçi Qrup yaradılıb.

MSK mətbuat xidmətindən verilən məlumata görə, işçi qrup 2013-cü il oktyabrın 9-na təyin edilən Azərbaycan Respublikası Prezidentinin seçkilərində prezidentliyə namizədlərin qeydə alınması üçün imza vərəqələri və onlara əlavə edilmiş lazımi sənədlər MSK-ya təqdim edildikdən sonra qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə araşdırma aparacaq. Bundan sonra isə işçi qrupunun rəyi nəzərə alınmaqla namizədliyin qeydə alınıb-alınmaması məsələsi həll olunacaq.

İşçi qrupun tərkibinə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri, Maliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Vergilər Nazirliyinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, Hesablama Palatasının mütəxəssisləri daxil edilib.

MSK üzvü İlham Məmmədov isə İşçi qrupunun rəhbəri təyin edilib.

O.M