Sabahdan etibarən temperatur qalxacaq

Sabahdan etibarən temperatur qalxacaq

5 Avqust 2013 11:03
Bəyəndim (0) Bəyənmədim (0)
Yay qayıdır...

Azərbaycanın paytaxtı və rayonlarında müşahidə edilən qeyri-sabit hava şəraiti avqustun 6-dək davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan veriən məlumata görə, Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Külək isə günün ikinci yarısı axşama doğru mülayimləşəcək. Bölgələrdə isə yağışlı hava şəraiti gün ərzində davam edəcək.Sabahdan etibarən isə ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti nisbətən mülayimləşəcək. Avqustun 6-sı və 7-də ölkə ərazisində hava şəraiti mülayimləşəcək, havanın temperaturu bu günlərlə müqayisədə nisbətən yüksələcək.

O.M.