Havalar istiləşəcək

Havalar istiləşəcək

11 May 2011 13:56
Bəyəndim (0) Bəyənmədim (0)


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir.

Bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 10-14 dərəcə isti, gündüz 17-22 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, mayın 11-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14 dərəcə isti, gündüz 20-25 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə isti, gündüz 13-18 dərəcə isti təşkil edəcək.

Qaranlıq gecənin Günəşli gündüzü olduğu kimi, qarlı-boranlı qışın da Günəşli yay kimi düşməni olur.

Günel Həbib



O.M