26 yaşlı fəhlə torpaq uçqununun altında can verdi

26 yaşlı fəhlə torpaq uçqununun altında can verdi

5 Avqust 2013 09:51
Bəyəndim (0) Bəyənmədim (0)

Şəki şəhərində baş verən bədbəxt hadisə nəticəsində bir nəfər ölüb.

Şəki şəhər-rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə Şəki şəhəri M. F. Axundov küçəsində baş verib.Qeyd edilən ünvanda fərdi yaşayış evində kanalizasiya quyusu qazan, Şəki rayonu Qudula kənd sakini, 1987-ci il təvəllüdlü Məmmədov Vasif Şaban oğlu torpaq uçqununun altında qalıb.Hadisə yerinə həkim və xilasedicilər cəlb edilib. Lakin bütün səylərə baxmayaraq, Vasif Məmmədovu xilas etmək mümkün olmayıb.İki uşaq atası olan V. Məmmədov ailəsini fəhləliklə dolandırıb.Faktla bağlı Şəki şəhər Prokurorluğunda araşdırma aparılır.

O.M.