Şimşək çaxacaq, yağış yağacaq

Şimşək çaxacaq, yağış yağacaq

3 Avqust 2013 12:40
Bəyəndim (0) Bəyənmədim (0)
Sabahın hava proqnozu

Avqustun 4-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək, axşama doğru arabir güclənəcək. Temperatur gecə 20-24, gündüz 27-32 dərəcə isti olacaq.

Abşeron çimərliklərində temperatur 24-26 dərəcə isti təşkil edəcək.Azərbaycanın rayonlarında avqustun 4-də hava əsasən yağmursuz olacaq, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, axşama doğru ayrı-ayrı yerlərdə güclənəcək.Havanın temperaturu Aran rayonlarında gecə 19-24, gündüz 29-34, dağlarda gecə 9-14, gündüz 17-22 dərəcə isti təşkil edəcək.

O.M.