Azyaşlı uşaqların üstünə qaynar su töküldü

Azyaşlı uşaqların üstünə qaynar su töküldü

3 Avqust 2013 12:30
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın İsmayıllı rayonunda faciəli hadisə baş verib.

Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə iyul ayının 26-da İsmayıllı rayonunun Gəraybəyli kəndində qeydə alınıb. Kənd sakini azyaşlı Nəzrin Axundlunun və Əhən kənd sakini azyaşlı Zöhrə Şərifovanın üstlərinə qaynar su tökülüb. Xəstəxanaya yerləşdirilən hər iki uşaq avqustun 2-də orada dünyasını dəyişib.Hər iki faktla bağlı araşdırma aparılır.

O.M.