Faciə: Sürücü sükan arxasında keçindi, avtomobil ağaca çırpıldı

Faciə: Sürücü sükan arxasında keçindi, avtomobil ağaca çırpıldı

3 Avqust 2013 12:25
Bəyəndim (0) Bəyənmədim (0)

Avqustun 2-də Ağdam rayonunda faciəvi hadisə baş verib. Rayon Polis Şöbəsindən verilən məlumata görə, Evoğlu kənd sakini 1969-cu il təvəllüdlü Səfərov İsgəndər Şirin oğlu özünə məxsus "VAZ 21 011" markalı avtomobillə Xındırıstan kəndi istiqamətində hərəkətdə olarkən infarkt keçirib. Sürücü sükan arxasındaca keçinib. Avtomobil isə yolda çıxıb və ağaca çırpılaraq dayanıb.Faktla əlaqədar araşdırmalar aparılır.

O.M.