Xəstə xəstəxanada özünü öldürdü

Xəstə xəstəxanada özünü öldürdü

3 Avqust 2013 10:54
Bəyəndim (0) Bəyənmədim (0)
O, ayaqyoluna gedərək, orada özünü pəncərədən ataraq intihar edib

Zaqatala Mərkəzi Rayon Xəstəxanasında (MRX) müalicə olunan şəxs intihar edib.

Zaqatala MRX-dan Apa-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə bu gecə saat 02.00 radələrində baş verib.Məlumatda bildirilir ki, iyul ayının 30-da rayonun Çobankol kənd sakini, 1949-cu il təvəllüdlü, Abdiyev Məmmədrəsul Kamal oğlu Zaqatala MRX-nın reanimasiya şöbəsinə daxil olub. Məmmədrəsul Abdiyev iki gün xəstəxananın reanimasiya şöbəsində müalicə aldıqdan sonra müalicəsini davam etdirmək üçün nevrologiya şöbəsinə köçürülüb. Xəstə bu gecə saat 02.00 radələrində yatdığı palatanı tərk edərək xəstəxananın ikinci mərtəbəsindəki ayaqyoluna gedərək, orada özünü pəncərədən ataraq intihar edib. Faktla bağlı Zaqatala rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

O.M.