Ermənilər mülki Azərbaycan vətəndaşını yaralayıblar

Ermənilər mülki Azərbaycan vətəndaşını yaralayıblar

2 Avqust 2013 18:21
Bəyəndim (0) Bəyənmədim (0)
Hadisə Qızılhacılı kəndində qeydə alınıb.

Ermənilər Azərbaycan vətəndaşını yaralayıblar.

Qazax Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Qızılhacılı kəndində qeydə alınıb.Rayon sakini, 1984-cü il təvəllüdlü Tural Musa oğlu Muradov özünə məxsus "QAZel" markalı, 90 JP 024 dövlət nömrə nişanlı maşınla "Abbasbəyli" gölünə çimməyə gedərkən ermənilər onun avtomobilini atəşə tutublar. Nəticədə belindən güllə yarası alan T. Muradov xəstəxanaya yerləşdirilib.Faktla bağlı araşdırma aparılır.

O.M.