"Lifan" 8 yaşlı uşağı vurdu

"Lifan" 8 yaşlı uşağı vurdu

2 Avqust 2013 11:06
Bəyəndim (0) Bəyənmədim (0)

Ucarda azyaşlı piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Apa-nın yerli bürosunun məlumatına görə, hadisə dünən axşam saat 21:30 radələrində rayon mərkəzindəki Azərbaycan küçəsində qeydə alınıb. "Lifan" markalı minik maşını yolu keçmək istəyən 2005-ci il təvəllüdlü Ucar rayon sakini Əsgərov Məhəmməd Mətləb oğlunu vurub. Yaralı Ucar Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı Ucar rayon Polis Şöbəsində araşdırma aparılır.

O.M.