Ağsuda yanacaqdoldurma məntəqəsi yanıb

Ağsuda yanacaqdoldurma məntəqəsi yanıb

2 Avqust 2013 10:09
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda yanacaqdoldurma məntəqəsində yanğın olub.

Oxumeni.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Ağsu rayonunun Navahı kəndində (rayon mərkəzindən 6 km aralı) qeydə alınıb.Vətəndaşa məxsus yanacaqdoldurma məntəqəsində ümumi sahəsi 24 kv. m olan taxta arakəsmələrlə ayrılmış 2 otaqdan ibarət vaqonun yanar hissələri, 1 otağa yığılmış 5 ədəd 10 litrlik yanacaq qabları yanıb. "KamAZ" markalı avtomobil, həcmi 20 ton olan 3 ədəd yanacaq çəni və avtomobil təmiri sexi yanğından mühafizə olunub. Yanğın saat 07:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

O.M.