Ərlə arvadı videoya çəkib, şantaj edənlər tutulub

Ərlə arvadı videoya çəkib, şantaj edənlər tutulub

2 Avqust 2013 09:32
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı sakinini şantaj edən şəxslər saxlanılıb.Oxumeni.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iyulun 21-də Qaradağ rayonunun Ələt qəsəbə sakini Ramil Ağayev 11-ci PB-yə ərizə ilə müraciət edərək, arvadı ilə aralarında olan mübahisəni gizli yolla mobil telefona çəkmiş həmyerliləri Əkrəm Qayıbovun və İsmayıl İbrahimovun çəkilmiş videonu sosial şəbəkələrdə yayacaqları ilə hədələyib ondan 500 manat pul istəmələrini bildirib.

Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 31-də İ.İbrahimov və Ə.Qayıbov 500 manat pulu R.Ağayevdən alarkən tutulub, video yazı olan mobil telefon onlardan götürülüb.

O.M.