Bakıda yük avtomobili piyadanı vuraraq öldürüb

Bakıda yük avtomobili piyadanı vuraraq öldürüb

1 Avqust 2013 14:36
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Nərimanov rayonu ərazisində yük avtomaşını piyadanı vurub.Oxumeni.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə iyulun 31-də saat 11.00 radələrində Nərimanov rayonu Z.Bünyadov prospektində qeydə alınıb. Şərur rayon sakini Hafiz Mahmudov idarə etdiyi "Mercedes" markalı yük avtomaşını ilə Masallı rayon sakini Tərlan Şahbazovu vurub.Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş T. Şahbazov orada dünyasını dəyişib.Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

O.M.