Ermənistan ordusu əsgərini itirdi

Ermənistan ordusu əsgərini itirdi

1 Avqust 2013 13:06
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan Ordusunun əsgəri odlu silahdan açılan atəş nəticəsində ölüb.

Apa-nın Ermənistan mediasına istinadən verdiyi məlumata görə, hadisə ötən gün günorta saatlarında baş verib. Manuçar Manuçaryan adlı əsgər odlu silahdan açılan atəş nəticəsində xidmət etdiyi postda ölüb.Ermənistan Müdafiə Nazirliyi əsgərin intihar etdiyini açıqlasa da, bəzi saytlar Müdafiə Nazirliyinin faktı gizlətməyə çalışdığını yazır.

O.M.