Sabah İslam ölkələri Beynəlxalq Qüds gününü qeyd edəcəklər

Sabah İslam ölkələri Beynəlxalq Qüds gününü qeyd edəcəklər

1 Avqust 2013 12:39
609
Bəyəndim (0) Bəyənmədim (0)
Hər il Ramazan ayının sonuncu cümə günü Beynəlxalq Qüds günü kimi qeyd edilir.

Hər il Ramazan ayının sonuncu cümə günü Beynəlxalq Qüds günü kimi qeyd edilir.

Beynəlxalq Qüds gününə hazırlıq artıq bir sıra ölkələrdə başlayıb. Hər il olduğu kimi, bu ildə də müsəlmanlar meydanlara toplaşaraq Fələstinin İsrail tərəfindən işğal edilmiş ərazilərinin azad olunmasından və Müqəddəs Qüds məscidinin əsarətdən qurtulmasından ötəri yürüşlər və nümayişlər keşirəcəklər.

İndi Qüds günü elə bir halda keçirilir ki, ABŞ-ın təzyiqi nəticəsində Yaxın Şərqdə Fələstin-İsrail danışıqlarına start verilib. Danışıqlar bağlı qapılar arxasında və təfərrüatı açıqlanmadan keçirilir. Fələstinin bir çox ictimai və siyasi dairələri "Fəth" hərəkatının bu danışıqlarda Qüds şəhərində İsrailin apardığı tikililərin davam etdirilməsi kimi məsələlərdə güzəştlərə gedəcəyini bildirirlər. Digər tərəfdən müstəqil Fələstin Dövlətinin 1967-ci ilin sərhədləri əsasında qurulması məsələsi İsrail tərəfindən əsla qəbul edilməyəcək. Belə olan halda Fələstinin bir çox ictimai, siyasi, mədəni və dini qurumları bu danışıqların yalnız və yalnız İsrailin leyhinə olacağını bildirirlər.

Xatırladaq ki, Qüds gününün keçirilməsi təşəbbüsü ilk dəfə olaraq İran İslam Respublikasının banisi Ayətullah Musəvi Xumeyni tərəfindən verilib.

O.M.