Yay mövsümündə paytaxtda 49 nəfəri həşərat, 15 nəfəri isə ilan sancıb

Yay mövsümündə paytaxtda 49 nəfəri həşərat, 15 nəfəri isə ilan sancıb

1 Avqust 2013 11:19
Bəyəndim (0) Bəyənmədim (0)

"Ötən ay paytaxt Bakıda 8 nəfəri ilan sancıb. Onlardan 7-si xəstəxanaya yerləşdirilib, 1 nəfər isə ilkin tibbi yardım göstərilib".

Bu açıqlamanı Apa-ya Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev verib. O bildirib ki, yay mövsümü başlayandan bu günə kimi Bakıda ümumilikdə 15 nəfəri ilan sancıb.O. Şahmalyev Bakıda qeydə alınan həşərat sancmalarına dair rəqəmləri də açıqlayıb: "Yay mövsümü ərzində 49 nəfəri həşərat sancıb. İyul ayında isə paytaxtda 29 həşərat sancma hadisəsi qeydə alınıb. Həşərat sancanlardan 19-u xəstəxanaya yerləşdirilib, digərlərinə isə ilkin tibbi yardım göstərilib".

O.M.