AZAL-ın hamilə qadınlar və yeni doğulmuşlarla bağlı yeni qərarı

AZAL-ın hamilə qadınlar və yeni doğulmuşlarla bağlı yeni qərarı

1 Avqust 2013 11:53
Bəyəndim (0) Bəyənmədim (0)
Qərara əsasən...

Avqustun 1-dən etibarən "Azərbaycan Hava Yolları" QSC (AZAL) hamilə və zahı qadınların, həmçinin təzə anadan olan körpələrin yeni daşınma qaydalarının tətbiqinə başlayıb.

Bundan sonra hamilə qadınlar hava nəqliyyatından istifadə edərkən özlərinin və körpələrinin əhvalından asılı olaraq, həmçinin özlərinin və bətnindəki uşaqların sağlamlıqlarına ehtimal olunan təhlükənin olduğunu nəzərə alaraq hava nəqliyyatından istifadə etmələrini özləri müəyyənləşdirə biləcəklər.

AZAL-ın aviareysləri ilə 32 həftəlik hamilə, həmçinin doğuşdan sonra 7 günədək olan zahı qadınların daşınmasına icazə verilmir.

Təzə anadan olan körpələr isə doğuşdan 7 gün sonra anası, atası və ya körpəyə məsuliyyət daşıyan şəxsin müşayiəti ilə AZAL-ın aviareyslərinə buraxılır.

Hamiləliyin 26-cı həftəsindən sonra (32-ci həftə daxil olmaqla) sərnişin aviaşirkətin rəsmi nümayəndəsinə qadını müalicə edən həkimdən onun sağlamlığı haqqında, hamiləliyin müddəti və onun növü (bətnində neçə körpənin olduğu), hamiləliyin patologiyasının olub-olmaması, uşaqsalma və ya vaxtından əvvəl doğuş təhlükəsinin olmamasını təsdiq edən arayış təqdim etməlidir.

O.M.