Beş yaşlı Məhəmməd Kürdə batdı

Beş yaşlı Məhəmməd Kürdə batdı

1 Avqust 2013 11:46
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda boğulanların sayı artır.

Oxumeni.az FHN-nin saytına istinadən xəbər verir ki, iyulun 30-da Kür çayının Qazax rayonu Aşağı Salahlı kəndi ərazisindən keçən hissəsində (ən yaxın xilasetmə məntəqəsindən 230 km aralıda) batmış 2008-ci il təvəllüdlü Məhəmməd Elməddin oğlu Paşayevin axtarışları başa çatıb. M.Paşayevin meyiti Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən, təxminən, 3000 m aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.Əməliyyat saat 09:35-də başa çatıb.

O.M.