Orduda daha bir ölüm

Orduda daha bir ölüm

1 Avqust 2013 10:46
Bəyəndim (0) Bəyənmədim (0)
19 yaşlı əsgər canına qıydı?

Azərbaycan Ordusunun əsgəri özünü güllələyib.

Apa-nın məlumatına görə, hadisə Şəmkir Hərbi Birləşməsinin Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri, 19 yaşlı Elşad Şahlar oğlu İsmayılov tabeliyində olan avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib.Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.Bildirilib ki, faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.Qeyd edək ki, əsgər Goranboy rayonundan hərbi xidmətə çağırılıb.

O.M.