İmişlidə qəza: 1 nəfər ölüb, 2 nəfər yaralanıb

İmişlidə qəza: 1 nəfər ölüb, 2 nəfər yaralanıb

1 Avqust 2013 09:55
Bəyəndim (0) Bəyənmədim (0)

İmişlidə 1 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən avtoqəza baş verib.

Bu barədə Apa-nın Mil-Muğan bürosuna İmişli rayon polis şöbəsindən verilən məlumata görə, avtoqəza iyulun 31-də Saatlı-İmişli avtomobil yolunun 9-cu kilometrliyində İmişli rayonunun ərazisində qeydə alınıb.

Saatlı rayon sakini Faiq Abdullayevin idarə etdiyi "Qazel" markalı 10 FV 34 dövlət nömrə nişanlı yük maşını qarşıdan gələn VAZ 2106 markalı 02 BD 334 dövlət nömrə nişanlı minik maşını ilə toqquşub. Nəticədə VAZ 2106-nın sürücüsü, Füzuli rayon sakini, 24 yaşlı Cabbar İsayev hadisə yerində dünyasını dəyişib. VAZ 2106-da olan sərnişinlər Füzuli sakini Abbas İsayev və İmişli sakini Vüqar Qəhrəmanlı müxtəlif dərəcəli bədən xəsarətlərilə İmişli rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı İmişli rayon polis şöbəsində araşdırma aparılır.

O.M.