Lvovda insident

Lvovda insident

10 May 2011 20:35
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynanın Lvov şəhərində qələbənin 66-cı ildönümü münasibətilə Rusiya səfiri Oleq Astaxov "Qələbə Təpəciyi"ndə əklil qoymaq istəyərkən "Azadlıq" cəmiyyətinin üzvləri ona maneçilik törədiblər. Onlar əklil və gülləri rusların əllərindən alaraq yerə atıb və tapdamağa başlayıblar. "Qələbə Təpəciyi"nə gedən yolda milis əməkdaşları olsalar da, onlar "Azadlıq" cəmiyyəti üzvlərinə öz aksiyalarını keçirməyə mane olmayıblar. Əklil aparan dəstədəki qadınlar qorxularından sinələrinə taxdıqları qırmızı lentləri açaraq ciblərinə qoyublar. Cəmiyyət üzvləri : " Bandera gələcək və qayda-qanun yaradacaq", - deyə qışqırışıblar.


Ümumdünya faşizmi üzərində qələbə qazanıldı. Amma faşist, millətçi duyğuları yaşamaqdadır.

Bəhram Çələbi

O.M.