Boliviyada zəlzələ çaxnaşması

Boliviyada zəlzələ çaxnaşması

10 May 2011 16:16
Bəyəndim (0) Bəyənmədim (0)


Boliviyada 8,9 bal gücündə zəlzələ riski olması ortaya çıxıb. İngilis "Nature" jurnalında nümayiş olunan araşdırma, elm adamlarını çaşdırıb. Araşdırma aparanlardan biri Havay Universitetindən Bencamin Brooks daha əvvəl heç kimin Boliviyada bu böyüklükdə bir zəlzələnin meydana gələ biləcəyini düşünmədiyini bildirib. Belə bir zəlzələnin ölkənin şərqində yaşayan iki milyon adamın həyatını təhlükə altına salacağını da qeyd edib. Bu günə qədər aparılan hesablamalar Boliviyada ən çox And dağlarının şərqində 7,5 bal gücündə zəlzələnin meydana gələ biləcəyini göstərmişdi. Ancaq edilən araşdırma bu bölgədə yer altında əsrlərdir yığılan gərginliyin 8,7-8,9 bal gücündə zəlzələ təhlükəsi yaradacağını ortaya qoydu. Xatırladaq ki, bu ölkədə 22 May 1998-ci ildə meydana gələn 6,6 bal gücündə olan zəlzələdə bəzi binaların dağılması nəticəsində 100-dən çox adam ölmüşdü. Boliviya 9 İyun 1994-cü ildə isə tarixinin ən böyük zəlzələsi ilə sarsılmışdı.



Zəlzələ boliviyalıları vəlvələyə saldı


Tofiq Əliyev



O.M.