İslam dinini təhqir edən Fitnə-2 filmi

İslam dinini təhqir edən Fitnə-2 filmi

5 Aprel 2011 12:31
Bəyəndim (0) Bəyənmədim (0)
Müəllif müsəlman dünyasına meydan oxuyur

FİTNA-2 VİDEO AŞAĞIDA

Hollandiyalı - həddindən artıq sağçı millət vəkili Qiirt Uilders İslam dinindən bəhs edən "Fitnə" (Fitna) filminin davamı olaraq "Fitnə 2"ni çəkdi. Hz. Məhəmməd (s.a.s) haqqında ağır təhqiramiz kəlmələrin işləndiyi film çox güman ki, müsəlman dünyasını yenidən ayağa qaldıracaq. İkinci filmin birincidən çox fərqli olduğunu iddia edən Uilders, "Bu film yayımlandıqdan sonra Məhəmməd yenidən müzakirə obyektinə çevriləcək", - dedi. 50 nəfərlik Hollandiya Məclisində 24 nümayəndəsi olan "Azadlıq Partiyası"nın lideri Uilders daha əvvəl də Qurani-Kərimi Adolf Hitlerin "Döyüşüm" kitabına bənzətmişdi. Bu səbəbdən də onun oxunmasının qəti əleyhinə olduğunu vurğulamışdı. Qurani-Kərim ilə Hollandiya dəyərlərinin uyğun gəlməməyini bildirən millət vəkili dini kitabın oxunmasının qadağan olunmasının lehinə çıxış etmişdi.

Daha əvvəl hollandiyalı prodüser, yazıçı və rejissor Zeo Qoğ da İslamı mövzu ilə bağlı 'Təslimiyyət' adlı bir film çəkmişdi. Bundan sonra bir çox ölüm təhdidi alan rejissor Amsterdamda vurularaq öldürülmüşdü.

O.M.