İndoneziyalı şagirdlərin böyük problemi

İndoneziyalı şagirdlərin böyük problemi

10 May 2011 11:25
Bəyəndim (0) Bəyənmədim (0)

İndoneziyanın paytaxtı Cakarta yaxınlığındakı Banten əyalətində bir qrup şagird məktəbə getmək üçün böyük bir əziyyətə qatlanır. Çoxu ibtidai məktəb şagirdi olan bu uşaqlar məktəblərinə getmək üçün dərənin üzərindən kəndirlə keçməli olurlar. Böyüklərin belə kəndirlə keçməyə cəsarət edə bilmədiyi bu nəqliyyat sistemi görənləri heyrətə salır. Xüsusilə yağışlı havalarda dərənin artan suyu təhlükəni daha da böyüdür. Hər il ayağı sürüşərək suya düşənlərin olduğunu söyləyən şagirdlər rəsmilərdən kömək gözləyir.


Onlar iplə sürüşüb dərsə gedirlər, bizimkilər isə düz yolda ipə-sapa yatmırlar...

Tofiq Əliyev

O.M.