Кавказ центр-in baş redaktoru bəraət qazandı

Кавказ центр-in baş redaktoru bəraət qazandı

10 May 2011 10:56
Bəyəndim (0) Bəyənmədim (0)


Finlandiyanın Vantaa məhkəməsi Кавказ центр xəbər portalının təsisçisinə bəraət qazandırdı. Finlandiyalı iş adamı Mikael Storsjo həmin saytın həm baş redaktoru, həm də sponsorudur.

Məhkəmə materialları ilə tanış olan РИА Новости agentliyi bildirir ki, Storsjo 2007-2010-cu illər ərzində onlarla çeçenin vizasız Finlandiyaya gəlmələrinə şərait yaradıb. Biznesmenin ifadəsinə inansaq, o, çeçenlərə Avropaya gəlmələri üçün ancaq maddi yardım edib və bu zaman heç bir məqsəd güdməyib. Məhkəmə onun sözlərini əsas götürərək, hər şeyin xeyriyyə məqsədilə edildiyi qərarına gəldi.


Onu da xatırladaq ki, bu yolla Finlandiyaya səfər edən bütün çeçenlər sonradan qaçqın statusu alaraq bu ölkədə qaldılar.


Hafiz Əhmədov


O.M.