3 VIDEO-Qayınatası ona təcavüz etməyə çalışdı-I hissə

3 VIDEO-Qayınatası ona təcavüz etməyə çalışdı-I hissə

10 May 2011 09:00
Bəyəndim (0) Bəyənmədim (0)
Onun körpəsini gözü qarşısında diri-diri itlərə yedizdirdilər

Həyat böyük bir tragikomik tamaşadır. Bu tamaşanın ssenari müəllifi və rejissoru mələklər, bəstəkarı duyğularımız, suflyoru dəli şeytan, aktyorları isə biz insanlarıq. Kiminin bəxtinə böyük obrazları yaratmaq düşür, kimi isə epizodla kifayətlənir. Lakin təəssüf ki, həyat tamaşadakı kimi alqışlarla bitmir və aktyorun obrazdan çıxıb normal yaşantısına qayıtmaq imkanı yoxdur...


1968-ci ildə Gəncə şəhərində ziyalı və olduqca zəngin ailədə anadan olan Səidə 4 uşaq - 2 bacı, 2 qardaşın böyüyüdür. O, 1975-ci ildə Gəncə şəhəri İ. Qayıbov adına məktəbin 1-ci sinfinə gedir. Arzusu ali təhsil alaraq həkim olmaq olur. Bu istəyinə görə də dərslərinə böyük maraq göstərir və kimya, biologiya, fizika fənləri üzrə əlavə müəllim yanına gedərək həvəslə hazırlaşır. Məktəbi qurtarandan sonra Tibb universitetinə sənədlərini versə də, 3-cü imtahandan kəsildiyi üçün arzusuna çata bilmir. Bu illər ərzində xəstə və hamilə olan anası evin son beşiyinə, Səidənin kiçik qardaşına azad olur. Doğuşdan sonra xərçəngə tutulan anada bu xəstəliyin toxumları daha sürətlə inkişaf etməyə başlayır. Səidə xəstə anasına və körpə qardaşına baxdığından imtahanlara tam hazırlaşa bilmədiyinə görə 2-ci ili də universitetə qəbul ola bilmir. Anası öz zinət əşyalarının hamısını və yığdığı 6000 min manat pulu Səidəyə verir ki, instituta daxil olanda korluq çəkməsin. Növbəti ili qəbuldan qabaq may ayının 26-da anası vəfat edir. Kiçik bacı və qardaşlarına baxan Səidə təbii ki, Bakıya qəbul imtahanlarına sənəd verməyə gəlmir. Bu səbəbdən də o, Gəncə şəhər Texnologiya institutuna daxil olaraq modelyer dizayn üzrə təhsil almağa başlayır və 1-ci kursdan sonra təhsilini Gəncə şəhər Pedaqoji universitetində davam etdirir.


Səidənin anasının 40-ı çıxmamış atası Şadlı Qotaz adlı qadınla ailə həyatı quraraq onu evinə gətirir. Ancaq uşaqlar analığı qəbul etmək istəmirlər. Ataları Şadlı onların üstünə qışqırır ki, ona ana deyin. Uşaqlar qorxularından qadını qəbul etsələr də, ona ana demirlər. Səidəgillə qonşu olan ana nənəsi Maniya Şadlı ilə mübahisə edir ki, niyə mənim qızımın 40-ı çıxmamış evə başqa qadın gətirmisən?! Şadlı da dava edərək, - əcəb eləmişəm, - deyir. Həmin gündən qayınana ilə kürəkən arasında küsülülük yaranır. Bundan sonra Şadlı uşaqları nənəsigilə buraxmır. Səidə bir neçə dəfə gecə gizli olaraq nənəsinin yanına gedib onunla görüşür. Bunu bilən ata qapıları bağlayaraq onu evə qoymur. "Atasının bu hərəkətini nənəsi bilsə, yenə dava başlayacaq" düşüncəsilə Səidə bütün gecəni həyətdə keçirməli olur. Analığı Qotaz hər dəfə Şadlını öyrədib onun əlilə uşaqları incidir, ancaq üzdə özünü elə aparır ki, guya bunlardan heç xəbəri yoxdur. Qotaz oğlan uşağını dünyaya gətirəndən sonra Şadlının Səidəgilə qayğısı demək olar ki, azalır. Hələ bu azmış kimi, Səidənin anasından qalan bütün qızılları alıb Qotaza verir. Lakin Səidədə olan pullardan atasının xəbəri olmur. Şadlı sonradan Qotazın adını sənəd əsasında dəyişərək Qönçə qoyur (İ.R - mən də bundan sonra Səidənin analığının adını Qönçə kimi yazacağam).


Şadlı o vaxtlı Şaumyan rayonunda süd zavodunun direktoru işlədiyindən çox böyük varidatı olur. O, həyətdə basdırdığı içi beşlik, onluq qızıllarla və brilyantlarla dolu olan 3 ədəd 3 kq-lıq şüşə balonu çıxardaraq təzə ailə qurduğu Qönçəyə verir. Qönçə bütün bu varidata sahib çıxmaq üçün Səidəgili bir bəhanə ilə evdən qovmağa yollar axtarır. 2 mərtəbəli və 11 otaqdan ibarət olan evin bütün qapılarını bağlayaraq onları heç bir otağa buraxmır. Təkcə uşaqların yatdığı zalın qapısı açıq olur. Onları ac saxlayır, öz oğlunu yıxıb əzir və Şadlı evə gələndə yalandan deyir ki, sənin balaların oğlumu döyürlər. Şadlı da Qönçənin hər sözünə inanaraq onları incidir. Beləcə, bütün yalanlarına Şadlını inandıran Qönçə evdə bütün hakimiyyəti öz əlinə alır. Bununla da Səidəgilin qara günləri daha da zülmətə çevrilir. Uşaqların evdə heç bir şeyə toxunmağa ixtiyarları olmur. Hətta Qönçə 4 yaşlı Rövşəni itələyərək pilləkəndən yıxanda da Şadlı ona heç bir söz demir.


Bir gün Şadlı işdən qayıdanda Qönçə özü əvvəlcədən zibil qutusuna atdığı boş konfet kağızlarını oradan götürüb ona göstərərək deyir: "Mən bunlarla bacarmıram, nənələri ilə gizli görüşürlər. Bu da onun verdiyi konfetin kağızlarıdır, yeyib zibil qutusuna atıblar." Bu sözlərdən sonra Şadlı hirslənib uşaqlarının üstünə gedərək qışqırır: "Mən sizə deməmişəm ki, nənənizlə heç bir əlaqə saxlamayın! Siz necə də əclaf övladlarsınız!" Səidəgil and içib görüşmədiklərini, bunun yalan olduğunu desələr də, Şadlı inanmayıb onları möhkəm döyür. Qönçənin təsiri altına düşən Şadlı uşaqları ilə ögey ata kimi rəftar edir. Öz evlərində ac yaşayan Səidəgil günlərini ağlamaqla keçirirlər.


Bir gün Səidənin Xanlar rayonunun Nadel kəndində yaşayan anasının dayısı Teymur Sayadov onlara gəlir. Səidə gizlində Teymura deyir: "Teymur dayı, atam qızıllarımı alıb təzə arvadına verdi, anamın mənə verdiyi 6000 min manat puldan isə xəbəri yoxdur. Qorxuram tapıb onları da götürər, bilmirəm harada gizlədim." Pul sözünü eşidib hərisləşən Teymur cavab verir: "Sən narahat olma, ver mənə, qoyaram banka. Hər il də üstünə faizi gələr." Dayısına inanan Səidə pulları gətirib ona verir. Teymur pulu alan kimi çıxıb gedir. Sonra pulun bir hissəsini evinə və özünə xərcləyir.


Kənddə Teymur öz gəlininə tamah salan qayınata kimi tanınır. Belə ki, öz gəzdiyi qadının qızını kiçik oğlu Namiqə alan Teymur gəlini ilə çox yaxın münasibətdə olur. Sanki gəlini oğluna deyil, öz kefi üçün gətiribmiş. Onlar aradan bütün pərdəni götürərək qayınata-gəlin deyil, ər-arvad münasibəti yaşayırlar. Gəncə şəhər N saylı hərbi hissədə anbardar işləyən Namiq bir gün evə gələndə onları bir-birinə çox yaxın vəziyyətdə oturan görüb deyir: "Niyə yanında oturmusan, çıx elə qucağında otur." Bundan sonra Namiqin yoldaşına qarşı münasibəti pisləşir. Boşanma söhbəti ortalığa çıxanda "gəlinini" əlindən vermək istəməyən Teymur nə qədər çalışsa da, Namiqi fikrindən daşındıra bilmir. Namiq yoldaşını boşayanda sanki Teymurun canından-can ayrılır. Bir müddət keçəndən sonra həm xərclədiyi pulun üstü açılmasın deyə, həm də Səidəni gözü tutduğundan Teymur bu dəfə onu Namiqə almaq üçün Şadlının evinə elçi gələrək "həsini"alır. Gələcəkdə onu nələr gözlədiyindən xəbərsiz olan Səidə doğma ata evində çəkdiyi zülmlərdən qurtulacağına sevinir. Nişan günü isə dayısı arvadı və digər 1-2 qadınların arasında oturan Səidəni görmək üçün Teymur özü 2-ci mərtəbəyə onun yanına qalxır. Səidə noxud boyda sırğanı görüb gülə-gülə deyir: "Teymur dayı, bu ki lap uşaq sırğasıdır, nə balaca sırğa gətirmisiniz." Teymur halını pozmadan, - sənə yekəsi lazımdır, eybi yox, toy gecəsi Namiq yox, özüm səni yekəldərəm, - deyir. Qadınlar utandıqlarından üzlərini tutaraq dillənmirlər.


Səidənin anasının ilinin çıxmağına az qalmış Teymur onlara gələrək Şadlı ilə cehiz barəsində söhbət edir. Şadlı da cehiz üçün 5000 min manata aldığı mebeli göstərir. Teymur hirslənərək bildirir ki, bunu saxla özünə, mənə evindəki 40000 manatlıq mebeli verməlisən. Onların arasında düşən mübahisə dava ilə nəticələnir. Bunu eşidən Səidə 2-ci mərtəbədən düşərək əlində tutduğu nişan xonçasını və nabatı Teymurun yanına qoyub, - götür bunları da get, mən sənin oğluna getmirəm, - deyərək təzədən 2-ci mərtəbəyə qalxır. Şadlı da bildirir ki, artıq qurtardı, mənim sizə veriləsi qızım yoxdur. Teymur işi belə görüb əks hücuma keçir: "Qızın neçə vaxtdır nişanlıdır, sən əminsən ki, o təmizdir?" Şadlı bu sözləri eşidib hirslənərək Qönçəni çağırır. Səidənin yanına göndərir ki, öyrənsin bu doğrudur, yoxsa yox. Qönçə yuxarı qalxanda Səidə ona yalvararaq deyir: "Qoyma məni o evə gəlin gedim, Teymur dayı yalan danışır. Mən cəmi 2 dəfə sizinlə bir yerdə onlara qonaq getmişəm, ondan başqa heç hara getməmişəm. Atamın namusuna xələl gətirməmişəm, utanıram ondan, sən özün məni həkimə aparıb yoxlatdır." Səidəni evdən çıxartmaq üçün əlinə fürsət düşən Qönçə gülə-gülə başını yelləyib aşağı düşür. Ərinin yanına yaxınlaşaraq qulağına nə isə pıçıldayır. Bundan sonra daha da hirslənən Şadlı Səidənin yanına qalxaraq onun üzünə tüpürür. Var gücü ilə qulağına şillə çəkərək deyir: "Namussuz qancıq, sən adlı qızım yoxdur, canın çıxacaq ona da gedəcəksən. Ondan sonra bu evə ayağın dəyməsin!" Səidə bunların böhtan olduğunu desə də, Şadlı, - daha səni eşitmək istəmirəm, - deyə aşağı düşür. Teymurun yanına gəlib deyir ki, il çıxandan sonra tez gəlib aparın.


Hər iki evdə heç bir toy olmadan Teymurgil gəlib Səidəni gəlin aparırlar. Sonradan Səidə Nadel kənd orta məktəbinə müəllimə düzələrək dərs deməyə başlayır. Artıq 2-ci kursda qiyabi təhsil alan Səidə hər dəfə imtahanlara gedəndə Teymur oğlu Namiqə icazə verməyib özü onu maşınla aparıb gətirir. Yolda arxada oturan Səidəyə nə qədər dil töksə də keç qabaqda, yanımda otur, Səidə keçmir. Teymur onu yöndəmsiz sözlərlə çox sorğu-sual edir. Səidə hər dəfə məktəbdən gələndə yatağında kiminsə yatdığını, dolabda paltarlarının qarışıq olduğunu görür. Namiq işdə olduğuna görə yatanın kim olduğundan şübhələnir.


Bir gün Səidə məktəbə gedərkən yolda yadına düşür ki, dərs jurnalını unudaraq evdə qoyub. Jurnal üçün evə qayıdanda otağında gördüklərinə inana bilmir. Belə ki, Teymur Səidənin yatağında uzanmış vəziyyətdə onun alt tumanını əlində tutub iyləyərək öpür. Səidə tez jurnalı götürüb sifəti qızarmış halda məktəbə gedir. O, axşam bu barədə ərinə deyəndə Namiq cavab verir ki, heç nə olmaz, yəqin atam nə isə axtaranda əlinə o keçib, sən də pisə yozma. Səidə evdə iş görüb gəzdikcə Teymur ona əli ilə biədəb işarələr göstərib ah-uf edir. Səidə onun niyyətini başa düşüb tez otağına girir. Teymur Səidənin ciddiliyinə görə ona əl vurmağa çəkinsə də, hərəkətlərindən qalmır.


Bir dəfə Səidə həyətdə paltar yuyanda əyilərkən arxadan gizli-gizli tamaşa edən Teymur ona deyir ki, səni nə qa...


Yazının ardıni oxumaq üçün bura klik edin


Mütləq oxuyun. Tükürpərdici faktlarla dolu olan hadisələr sizi dəhşətə gətirəcək. Eyni zamanda Səidənin etiraflarını əks etdirən yeni videolar bir çox qaranlıq mətləblərə aydınlıq gətirəcək...

İsa Rəvan

O.M.