Bu ölkə bir gün geriləyəcək

Bu ölkə bir gün geriləyəcək

9 May 2011 21:22
Bəyəndim (0) Bəyənmədim (0)


Sakit okeanın adalarından biri olan Samoa iqtisadiyyatını gücləndirmək üçün saat zonasını dəyişir.

Samoalı rəsmilər beynəlxalq gün dəyişməsi xəttinin qərbinə keçərək, bu şəkildə Avstraliya və Yeni Zellandiya ilə ticarətlərini gücləndirə biləcəklərini ifadə etdilər. Hazırda Samoa Sidneydən 21 saat geridədir. Amma 29 dekabrdan etibarən 3 saat irəlidə olacaq.

Qeyd edək ki, Samoa 119 il əvvəl xəttin digər tərəfinə keçmişdi. O zaman məqsəd Amerika Birləşmiş Ştatları və Avropa ilə daha çox ticarət edə bilmək idi. Ancaq zaman içində Samoanın Avstraliya və Yeni Zellandiya ilə ticarət əlaqələri daha çox gücləndi.

Samoa baş naziri Tuilaepa Sailele Malieleqaoi Yeni Zellandiya və Avstraliya ilə işbirliyi qurarkən həftədə 2 iş gününü itirdiklərini söylədi. Malieleqaoi, "Burada cümə ikən Yeni Zellandiyada şənbə olur. Biz bazar günü kilsədə ikən Sidneydə insanlar iş görürlər", - dedi. 180 min əhalisi olan Samoa Yeni Zellandiya ilə Havay adalarının tən ortasında yerləşir.


Kiməsə oxşamaq lazım deyil. Ya göründüyün kimi ol, ya da olduğun kimi görün...

Günel Həbib

O.M.