Bakı-Rusiya yolunda ölüm hadisələri 5 dəfə azalıb

Bakı-Rusiya yolunda ölüm hadisələri 5 dəfə azalıb

9 May 2011 17:44
Bəyəndim (0) Bəyənmədim (0)

Son illər ölkəmizdə dünya standartları səviyyəsində yeni yollar çəkilir. Bunlardan biri də Bakı-Rusiya dövlət sərhədi magistral avtomobil yoludur. "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov bildirmişdir ki, 2008-ci ildə bu yolda təqribən 150-160 qəza olmuş və qəzalarda təxminən 90 nəfər həyatını itirmişdi. 2009-cu ildə qəzaların sayı 100-120 arasında olmuşdu ki, nəticədə də 65-dən çox insan dünyasını dəyişmişdi. Bu yol dördcərgəli olandan sonra isə ötən il qəzaların sayı təqribən 50-yə düşmüş, həyatını itirənlərin sayı 10-17 nəfər olmuşdu. Bu da ölüm hallarının 5 dəfə azalması deməkdir.


İnsanın həyatı da olumla ölüm arasında bir yoldur. Bu yol düz və hamar olarsa, həyat da maraq kəsb edər. Həyat yolunu özümüz çəkirik. Odur ki, düzgün və hamar yol çəkək ki, bizim arxamızca gələnlər keşməkeşli həyatda büdrəməsinlər.

Tofiq Əliyev

O.M.