Yaponiya atom elektrik stansiyasını bağlayır

Yaponiya atom elektrik stansiyasını bağlayır

9 May 2011 17:34
Bəyəndim (0) Bəyənmədim (0)

Yaponiya Baş naziri Naoto Kan yeni təhlükəsizlik təchizatları ilə təmin edilənə qədər "Hamaoka"nın üç reaktorunun bağlanılması təlimatı ilə əlaqədar konfrans keçirib.

Tokionun təxminən 200 kilometr qərbində, ölkənin "ən təhlükəli" yeri olaraq xarakterizə edilən "Hamaoka" nüvə stansiyasının olduğu bölgədə 30 il ərzində böyük bir zəlzələnin meydana gəlməsi gözlənilir.

Hökumət bu müəssisənin bağlanılması ilə əlaqədar qərara şiddətli zəlzələ və sunaminin Yaponiyanın şimal-şərqindəki Fukusima Daiçi nüvə stansiyasında ağır ziyan meydana gətirməsi ilə ortaya çıxan nüvə böhranından sonra gəlib.


Təbiət şıltaqdır. Onun nazı ilə oynamaq lazımdır...

Tofiq Əliyev

O.M.