Cüdoçu Ben Laden

Cüdoçu Ben Laden

10 May 2011 09:05
Bəyəndim (0) Bəyənmədim (0)
"Ben Ladenə cüdonu mən öyrətmişəm"


1981-ci il: Tayvanlı məşhur cüdo müəllimi Cimi Vu Səudiyyə Ərəbistanı Cüdo Milli komandasında işləyirdi. Bir gün uzun boylu, saqqallı bir gənc yanına gəldi. 24 yaşlı bu gənc, "Müəllimim, mən cüdo öyrənmək istəyirəm", - dedi. Boyunun uzun olmasına baxmayaraq, onun bu idmanla məşğul ola biləcəyinə qərar verən təcrübəli müəllim isə, "oldu", - deyib, gənci komandaya götürdü.

İllər keçəndən sonra Cimi Vu o şagirdin Usama Ben Laden olduğunu öyrəndi. Arxivindəki fotoşəkilləri görüntüləri çıxarıb, "Bu Usama idi, o dövrdə mənim cüdo komandamda şagirdim olub. Ona cüdonu mən öyrətmişəm", - dedi.


Müəllimin Usama deyə iddia etdiyi gəncin foto şəkli ilə Ladenin foto şəklini yan-yana qoyuldu. Çox, çox bir bənzərlik olmasa da, tayvanlı cüdo müəllimi iddiasını sübut etmək üçün videoları tək-tək araşdırdı. Bir qrup gəncin cüdo məşqi edərkən çəkilən videosunda israrla, "Usama məhz budur", - dedi.


Müəllim o günləri izah edərkən, "Mən adının yalnız Usama olduğunu bilirdim. Ardını - Ben Laden olaraq illər sonra eşitdim. Hətta 11 sentyabr hadisələrindən sonra mənə gəlib, "Cimi, bax, sənin Usaman gör nələr edib?"- dedilər", - bildirir.


Bir azdan deyəcəklər ki, Usama Ben Laden elə Barak Obama imiş...


Günel Həbib


O.M.