Jurnalist olmaq istəyənlər üçün yeni layihə icra edilir

Jurnalist olmaq istəyənlər üçün yeni layihə icra edilir

9 May 2011 16:24
Bəyəndim (0) Bəyənmədim (0)


"İrəli" İctimai Birliyinin təlim mərkəzi "Media Akademiya-2" layihəsini təqdim edir. Qurumun mətbuat katibi Vəfa Rüstəmova bildirmişdir ki, layihə çərçivəsində gələcəyini mətbuatda görən gənclər xəbər agentlikləri, qəzetlər, radio və televiziyalarda təcrübə keçmək, jurnalistikanın sirlərini öyrənmək imkanı əldə edəcəklər. Kurs iştirakçısı olmaq istəyənlər 1ədəd fotoşəkil, CV və jurnalist olmaq arzusundan bəhs edən qısa esseni "Media Akademiya" başlığı ilə [email protected] ünvanına yollamalıdırlar. Ərizələr mayın 25-dək qəbul edilir. Layihə çərçivəsində Amerika Birləşmiş Ştatlarının nüfuzlu tədris müəssisələrinin professor və müəllim heyəti ilə interaktiv mühazirə və treninqlərin keçirilməsinə dair razılıq əldə olunmuşdur.





Tofiq Əliyev


O.M.