Dağıstanda 2 milis öldürülüb

Dağıstanda 2 milis öldürülüb

9 May 2011 15:17
Bəyəndim (0) Bəyənmədim (0)


Rusiya Federasiyası Dağıstan Respublikasının İzberbaş şəhərində silahlı qrupla milis əməkdaşları arasında atışma baş verib. "RİA Novosti"nin verdiyi məlumata görə, hadisə zamanı 2 milis ölüb, 1-i yaralanıb. Şəhərdə əməliyyat-axtarış tədbirləri həyata keçirən güc strukturlarının əməkdaşları bir evdə silahlı qrupla qarşılaşıblar. Evdən açılan atəş nəticəsində 2 milis həlak olub. Silahlılar qaçıb gizləniblər. Hazırda onlar axtarılır.




Tofiq Əliyev


O.M