Yürüş start götürdü

Yürüş start götürdü

7 May 2011 18:25
Bəyəndim (0) Bəyənmədim (0)

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən "Heydər zirvəsi"nə təşkil olunmuş növbəti yürüşə start verilib. İştirakçılar 7 may tarixində Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət edib, ölkəmizin müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidləri yad etdikdən sonra "Heydər zirvəsi"nə yola düşüblər. Xatırladaq ki, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı baş tutmuş yürüşə məşhur alpinist Saridan Mürsəqulov rəhbərlik edir. Bu yürüşə federasiyanın nəzdində yaradılmış 15-dək klubun fəalları, o cümlədən respublikamızın müxtəlif təşkilat və ali məktəblərindən 130 nəfərədək könüllü də qoşulub.


Hamımıza həyatdakı bütün zirvələri fəth edərək ulu öndər zirvəsinə yaxınlaşmaq arzusu ilə

Könül Aypara

O.M.