Artıq ölümlərin sayı azalacaq

Artıq ölümlərin sayı azalacaq

5 Aprel 2011 11:18
Bəyəndim (0) Bəyənmədim (0)
Süni insan ürəyi yaradıldı

ABŞ-dakı Minnesota Universitetində laboratoriya şəraitində insan ürəyi düzəldildi. Ölü orqanlara kök hüceyrə inyeksiya edilməklə canlandırılan orqanlar, ürək köçürülmə əməliyyatlarını səbirsizliklə gözləyən minlərlə xəstə üçün ümid ola bilər. Bunu qaraciyər, ağciyər və böyrək kimi digər orqanlara da şamil etmək olar.

Universitetin tibb mütəxəssislərindən Doris Taylorun şərhinə görə, ölülərdən götürülən ürəklər əzələ hüceyrələrindən təmizlənir. Geridə yalnız "qarabasma ürək" olaraq adlandırılan sərt zülal skeleti qalır. Daha sonra bu skeletə canlı kök hüceyrələr inyeksiya edilir. Skeletə yapışan hüceyrələr müvəffəqiyyətli bir şəkildə ürək hüceyrələrinə çevrilməyə başlayır. Taylor, "Ürək sonradan getdikcə böyüməyə başlayır. Bir neçə həftə ərzində onda atma əlamətləri görmək mümkündür. Bu, tibb aləminin bir yeniliyidir", - deyə fikrini ifadə edib.

O.M.