Çin səddinin yeni qalıqları tapıldı

Çin səddinin yeni qalıqları tapıldı

7 May 2011 16:13
Bəyəndim (0) Bəyənmədim (0)


Çinli arxeoloqlar ölkənin şimal-şərqindəki Lioninq əyalətində Çin səddinin 20 km-lik qalıqlarını aşkarladılar.

"Sinhua" agentliyinin verdiyi xəbərə görə, qalıqların əksəriyyətlə kərpic, daşlardan olduğu və Suicong qəsəbəsinin dağlıq seqmentində olduğu qeyd edilib. Divarın yeni olan qalıqlarının Minq xanlığı (1368-1644) dövrünə aid və böyük nisbətdə aşınmış olduğu bildirilib. Səlahiyyətlilər gün üzünə çıxan qalıqların uzun illərdir bölgədə yaşayan fermerlər tərəfindən fərqinə varmadan ev və daxma istehsalında istifadə edildiyini bildirib.

Dünyanın ən böyük divarı olan Çin səddi ilk dəfə olaraq Döyüşən Bəyliklər dövründə (e.ə. 475-206) Çinin şimal seqmentindən hücumların qarşısını almaq üçün tikilmiş, divarın inşası sonuncu xanlıq dövründə tamamlanmışdır.


Tarix özündə dünənki hadisələri yaşatdığı kimi bugünkü insanların da yaşamağına şərait yaradır.

Günel Həbib

O.M.